SON XƏBƏR

Makkeyni Senatda arvadı əvəz edə bilər

Avqust 27
13:00 2018
Ağır xəstəlikdən sonra dünyasını dəyişən Con Makkeyni ABŞ Senatında dul arvadı Sindi Makkeyn əvəz edə bilər.

Bu barədə "Nyu York Tayms” yazıb.

Nəşr xatırladır ki, senatorun ölümündən sonra onun Senatdakı yerini Arizona ştatının qubernatoru Daq Dyusinin seçdiyi bir nəfər tutmalıdır, çünki Con Makkeynin namizədliyi məhz Arizonadan irəli sürülüb. Hazırda qubernator sözügedən posta bir neçə namizəd ətrafında düşünür ki, onlardan biri də mərhum senatorun həyat yoldaşıdır.

Dyusinin siyahısına Sindi Makkeyndən əlavə Arizonanın eks-senatoru Con Kayl və ştatın Nümayəndələr Palatasındakı iki keçmiş üzvü Con Şadeqq və Mett Salmonun adları daxildir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook