SON XƏBƏR

Makqreqor alkoqol və narkotik aslılığından müalicə olunur

İyun 18
17:38 2024
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor reabilitasiya kursu keçir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ultimate Fighting Championship (UFC) kəmərinə keçmiş iddiaçı Şael Sonnen "ESPN Good Guy/Bad Guy" podkastında danışıb.

O, Makqreqorun zədəli olması barədə məlumatı təkzib edib: "Makqreqor zədəli deyil. Alkoqol və narkotik maddələrdən sui-istifadə etdiyi üçün reabilitasiyadadır".

İyunun 14-də məlum olub ki, Makqreqorla Maykl Çandler arasında döyüş ləğv edilib. UFC-nin rəhbəri Dana Uayt iyunun 30-da Las-Veqasda keçirilməsi planlaşdırılan döyüşün ləğv edilməsinə səbəb kimi Makqreqorun zədələnməsini göstərib.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook