Makron Britaniyanın baş nazirini əsəbləşdirdi
İyun 14
03:24
2021
G7 ("Böyük yeddilər”) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşən Böyük Britaniyanın baş naziri Boris Conson Şimali İrlandiya protokolundan narazılığını ifadə edib.
"Report” xəbər verir ki, bu barədə "The Daily Telegraph” Londondakı mənbəsinə istinadən xəbər verir.
Bu protokol, İngiltərənin digər hissələrindən Şimali İrlandiyaya gedən malların gömrükdə yoxlanımasını ehtiva edir.
Conson, Makrondan Tuluzadakı kolbasaların Parisə gətirilməsi mümkün olmasa nə edeyəcəyini soruşub. Fransa prezidenti cavabında belə bir müqayisənin yanlış olduğunu söyləyib, çünki Paris və Tuluza eyni ölkənin şəhərləridir, bununla da faktiki olaraq Şimali İrlandiyanın Birləşmiş Krallığın hissəsi olmadığını deyib.