SON XƏBƏR

Makron Consona təlxək dedi

Dekabr 02
15:10 2021
Fransa ilə Böyük Britaniya arasında yeni qalmaqal yaranıb. Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Boris Consonu "Breksitin uğursuzluğuna görə günah keçisi axtaran təlxək" adlandırıb.

AzVision.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Xeyli işlər görə biləcəyimiz böyük bir ölkənin təlxək tərəfindən idarə olunmasını görmək kədərlidir. Breksit Conson sirkinin başlanğıc nöqtəsidir", - Fransa prezidenti bildirib.

"Le Canard Enchaine” jurnalı da Fransa prezidentinə istinadən Conson administrasiyasını "sirk” adlandırıb. Mətbuatda o da bildirilir ki, Makron bu günlərdə bir qrup miqrantın ölümü ilə bağlı məlum faciənin müzakirə edildiyi telefon danışığından sonra Consonun davranışından şikayətlənib və onu "vulqar” adlandırıb.

"The Guardian” Fransanın Londondakı keçmiş səfiri Silvi Bermandan da sitat gətirib. O deyib ki, ölkələr arasında münasibətlər "Vaterlodan sonra heç vaxt bu qədər pis olmayıb”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook