Makron istefaya getmək imkanlarını yaxın ətrafı ilə müzakirə edir
İyun 11
10:44
2024
Fransa Prezidenti Emmanuel Makron yaxın ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.
Qeyd olunub ki, Makronun özü son həftələrdə həmsöhbətlərindən biri ilə bu "son tədbirlər ssenarisini” müzakirə edib.
"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Europe 1” radiostansiyası məlumat yayıb.
"Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır”, - radiostansiya Makronun yaxın adamlarından birinin sözlərini sitat gətirib.