SON XƏBƏR

Makron rəqibi Le Peni Putindən 9 milyon almaqda günahlandırdı

Aprel 07
12:59 2022
Fransa prezidenti Emanuel Makron hazırki seçkidə əsas rəqibi, ultra sağçı Marine Le Peni Rusiya prezidenti Vladimir Putinə çox yaxın olmaqda günahlandırıb.

Qaynarinfo bu barədə Alarabiya.net saytına istinadən xəbər verir.

Rusiya Ukrayna müharibəsi indi Fransa seçki kampaniyasında əsas mövzuya çevrilib.

"Vladimir Putinə və Rusiya maliyyəsi ilə bağlı narahatlığınız varsa, buna görə mənə baxmamalısınız. Unutmayın ki, baxacağınız başqa namizədlərdir”, - Makron Le Penə işarə edərək deyib.

Makron sözlərini bir başa Le Penə ünvanlamasa da, onun sözlərində 2017-ci ildə Vladimir Putinin qonağı olan Le Peni nəzərdə tutduğu açıq aşkardır. Le Penin partiyası hələ də Rusiya kreditorundan aldığı 9 milyon avro borcu ödəməyə davam edir.

Rusiyanın Ukrayna ərazisini işğalından sonra Le Pen özünü Putindən uzaqlaşdırmağa başlayıb. Son günlərdə Le Pen Vladimir Putinin onun 2017-ci ildə görüşdüyü insanla eyni insan olmadığını bildirib və Ukraynadakı qətliamları pisləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook