SON XƏBƏR

Makron Ukrayna-Rusiya müharibəsinin uzun sürəcəyini bildirib

Fevral 26
13:10 2022
Fransa Prezidenti Emmanuel Makron Ukrayna ilə Rusiya arasında müharibənin davam edəcəyi və onun nəticələri barədə xəbərdarlıq edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Makron bu barədə Fransanın illik kənd təsərrüfatı sərgisində yerli fermerlərlə görüşündə deyib.

"Sizə deyə biləcəyim tək şey budur ki, bu müharibə davam edəcək və onunla gələn bütün böhranların qalıcı nəticələri olacaq. Biz bunlara hazır olmalıyıq”, - Makron xəbərdarlıq edib.

O bildirib ki, müharibə Avropaya qayıdıb.

Makron qeyd edib ki, Fransa hökuməti dayanıqlılıq planı hazırlayır və fermerləri təzyiqlərindən qorumaq və itirilmiş gəlirləri kompensasiya etmək üçün tədbirlər görüləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook