Makronun koalisiyasından birinci turda cəmi iki deputat qələbə çaldı
İyul 01
14:00
2024
Fransada 30 iyunda keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, mandatların ümumi sayının heç beşdə biri belə müəyyən edilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.
Son məlumatlara görə, ilk turda ifrat sağçı "Milli birlik”dən 39 deputat, solçu partiyaların ittifaqı olan "Yeni xalq cəbhəsi”ndən 32, Makronun koalisiyasından isə iki deputat qələbə qazanıb. Parlamentdəki yerlərin ümumi sayı 577-dir.
50%-lik baryeri keçməyən qalan namizədlər iyulun 7-də keçiriləcək ikinci turla qarşılaşacaqlar.
Qeyd edək ki, bir çox fransız siyasətçiləri artıq Marin Le Pen və Cordan Bardellanın partiyasına "vahid cəbhə” ilə qarşı çıxmağa çağırıblar.
Fransanın baş naziri Qabriel Attal mətbuat konfransında bildirib ki, ifrat sağçıların qələbəsinin qarşısını almaq üçün "Birlikdə respublika naminə” prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda mübarizədən kənarlaşdırılacaq.