SON XƏBƏR

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən bəzi kredit İttifaqılarnın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib

Yanvar 06
19:26 2017
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı", "Real Kredit İttifaqı", "Tərəkəmə Kredit İttifaqı", "Tural Kredit İttifaqı" və "Yardımlı Kredit İttifaqı"nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  bildiriblər ki, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlılıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.
 
Palata "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
 
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook