SON XƏBƏR

Maliyyə böhranının ikinci dalğası qapıda - Bədbin proqnoz

Mart 08
14:07 2017
2014-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa başlayacağını açıqlaması, bunun nəticəsində neft qiymətlərinin kəskin düşməsi, dollara tələbatın artması və onun möhkəmlənməyə başlaması qlobal maliyyə böhranının ilk dalğasının yaranmasına gətirib çıxarıb. 
 
"Report"un analitik qrupu bildirir ki, 2018-ci ilin ilk rübündən etibarən dünyanın qlobal maliyyə böhranının ikinci dalğası ilə üzləşməsi ehtimalı çox yüksəkdir. 
Qeyd edək ki, 2008-2009-cu illər böhranından fərqli olaraq bu dəfə maliyyə aktivlərinin qiyməti uzunmüddətli olaraq aşağı səviyyədə qalıb. O zaman neftin qiyməti 36 dollar/barelə qədər geriləsə də, qısa müddətdə yenidən 120 dollar/barel səviyyəsinə yüksəlib. O zaman dolların məzənnəsi isə sabit qalmışdı, FED-in uçot dərəcəsini artırması barədə niyyətindən söz getmirdi. Çünki ABŞ-ın bank sistemində problemlər yaranmışdı, bu ölkənin iqtisadi göstəriciləri pozitiv deyildi. Hazırda isə ABŞ iqtisadiyyatı inkişaf edir, işsizlik azalır, istehlakçı inamı yüksəlir. FED-in uçot dərəcəsini artırması üçün kifayət qədər münbit şərait yaranıb.
 
"Report"un analitik qrupu FED-in uçot dərəcəsini 2% səviyyəsinə qədər artıracağı təqdirdə dollar və əmtəə qiymətlərinin sabit qalacağını proqnozlaşdırır: "Dollar artıq 2014-cü ilin may ayında əsas rəqibi sayılan avro ilə müqayisədə 1,3993 səviyyəsindən 24% möhkəmlənmə göstərib. Eyni dövr ərzində neft qiymətləri 52% azalıb. Yəni FED-in 2%-ə qədər uçot dərəcəsini yüksəltməsi artıq qiymətlərdə öz əksini tapıb". 
 
Analitik qrup 2018-ci ilin ilk rübünə qədər uçot dərəcəsinin 1,75-2%-ə çatdırılmasını, daha sonra isə prosesin sürətlənəcəyini və bunun da yenidən dolları möhkəmləndirərək avro ilə paritetdən aşağı salacağını, neft qiymətlərinin isə 30 dollar/barelə qədər düşəcəyini ehtimal edir: "Ümumiyyətlə, uçot dərəcəsinin 2022-ci ilə qədər 6-7%-ə çatdırılacağı gözlənilir". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook