Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub - FOTO - VİDEO
Oktyabr 06
13:44
2016
Artıq 5 ildir ki, nəşr olunan "Laçın yurdu” jurnalının 20-ci sayı işıq üzü görüb.
Öncəki illərə nisbətdə jurnal bu il maliyyə çətinlikləri ilə üz-üzə qalmışdır. Belə ki, ildə 4 dəfə nəşr olunan jurnalın bu il 3 dəfə çap olunması nəzərdə tutulub. Bu çətinliklərə baxmayaraq jurnalın təsisçisi və baş redaktoru Arif Məmmədli jurnalın dövrülüyünü dayandırmaq niyyətində deyil. İnanırıq ki, təəssübkeş laçınlılar, iş adamları sözün həqiqi mənasında jurnala maddi və mənəvi dayaq olacaqlar. "Laçın yurdu” jurnalı şou, reklam, şantaj xarakterli yazıları öz səhifələrində görmür və görmək fikrində də deyil. Diqqətli oxucular yaxşı bilirlər ki, jurnal ilk sayından başlayaraq Laçın rayonunun tarixindən, kəndlərindən, toponimlərindən, şəxsiyyətlərindən, ziyalılarından, sənət adamlarından, adət-ənənələrindən mütəmadi məqalələr çap edib və öz ənənəsini bu günə qədər də qorumaqdadır.
Jurnalın 20-ci sayında da əvvəlki saylarında olduğu kimi "araşdırma”, "axtar babaları”, "o kənd bizim kəndimizdi”, "kimlər keçdi bu dünyadan”, "ovqat”, "qazilərimiz”, "şəhidlərimiz”, "idmançılarımız” və digər rubrikalar altında müxtəlif məqalələr çap edilib.
Jurnalın yeni sayında Milli Məclisin de¬putatı Mahir Abbas¬zadənin müsahibəsi, Laçınlı təhsil işçilərinin konfransı və yüksək bal toplayan laçınlı abituriyentlər haqqında məlumat işıq üzü görüb.

İnanırıq ki, Ələddin Əhmədovun "Dağların sultanı”, Orxan Cəbrayılın "Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi – Firudin bəy Daryal”, Nemət Bəxtiyarın "Laçın dağlarının Nəcib şairi”, Venera Mirzəyevanın "Kərbəlayı Ramazan”, Elnur Mehdiyevin "Fədakar alim ömrü”, Sayad Qarayevanın "Fədakar ana” adlı məqalələri və digər yazılar oxucularımız tərəfindən maraqla qarşılanacaq.
Araz YAQUBOĞLU,
"Laçın yurdu" jurnalının baş redaktor müavini
Qlobal.az