Maliyyə Nazirliyindən yarımçıq hesabatla bağlı AÇIQLAMA
Avqust 09
11:35
2016
Maliyyə Nazirliyi rəsmi saytında 6 ayın yekunları üzrə dövlət büdcəsinin hesabatını yerləşdirib. Hesabatda heç bir quruma aid maliyyə xərclərinin göstərilməməsi cəmiyyət və ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı.
Bununla bağlı Qaynarinfo.Az-ın sorğusunu cavablandıran nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, sayta yerləşdirilən hesabat büdcənin icrasına dair operativ məlumatlardı və hər rüb açıqlanır:
"Burda əsas parametrlər qeyd olunur. Bütün qurumlara aid maliyyə xərcləri il başa çatdıqdan sonra büdcənin icrasına dair hazırlanan qəbul layihəsində öz əksini tapır. Həmin icra ilə bağlı qanun layihəsi Milli Məclisdə də geniş müzakirə olunur. Qəbul olunduqdan sonra nazirliyin saytında yerləşdirilir".
Qlobal.az