Maliyyə Nazirliyinin valyuta hərracı: 15 milyon manatlıq borc yarandı
Avqust 04
10:27
2021
Avqustun 3-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0108024883 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Valyuta.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 956.048 AZN (8.6%) və 1.014 499 AZN (7.15%) olan 27 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1.010 330 AZN (7.25%), orta ölçülmüş qiyməti 1.012 438 AZN (7.1993%) müəyyən edilib.
İstiqrazların ödəmə tarixi 28 iyul 2026-cı il müəyyən edilib.
Bildirilir ki, hərrac iştirakçıları 4 avqust 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qlobal.az