SON XƏBƏR

Manaf Manafov Nərimanov rayonuna icra başçısı gətirilir

Mart 14
15:11 2024
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədrinin icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb...

YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovun icra başçısı olmaq istədiyi ilə bağlı məlumat yayılıb. 

AzFakt.com xəbər verir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nərimanov rayonunun icra başçısı olmaq istəyir. Məlumata görə tez-tez himayədarları ilə əlaqəyə keçən Manaf Manafov icra başçısı olmaq üçün bəzi planlar üstündə çalışır. Misal üçün, son aylar Manaf Manafovun müxtəlif media orqanlarında özü haqqında müsbət yazılar yazdırmasıda bu planın bir parçası olduğu deyilir. 

Qeyd edək ki, Manaf Manafovun adı ölkə mətbuatının gündəminə bir neçə il öncə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsində işləyərkən Qala-Dübəndi yolundakı piyada keçidində ölümlə nəticələnən yol qəza hadisəsi ilə gəlmişdi. Belə ki, Manaf Manafovun Xidməti istifadəsində olan avtomobil piyada keçidində vətəndaş Tariyel Rzaquliyevi vuraraq öldürmüşdü. Baş vermiş hadisəni Manaf Manafov ört-basdır eləməyə çalışmasına baxmayaraq, məsələ ölkə mətbuatında gündəmə gəlmişdi. Bu hadisədən sonra Manaf Manafov YAP Piralalhı rayon təşkilatı sədri vəzifəsindən uzaqlaşdırıldı.

Ancaq bir müddət sonra Manaf Manafov himayədarlarının dəstəyi ilə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Bildirək ki, ölkə mətbuatında Manaf Manafovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olması ilə bağlı 
məlumatlar dərc olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook