SON XƏBƏR

Manatın ölkədən çıxarılma qaydası dəyişdirildi

Oktyabr 13
10:51 2018
Nazirlər Kabineti "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nı təsdiqləyib.

Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 8 oktyabr tarixli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Mərkəzi Bankın təkliflərini nəzərə alaraq, "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiqlənib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook