Manatın taleyi nədən aslıdır? - Deputat
Mart 24
14:14
2021
"Qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur:
Deputat qeyd edib ki, Türkiyə lirəsindən sonra şimal qonşumuz Rusiyada da milli valyuta dollar qarşısında dəyərsizləşib:
"1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib. Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlaması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır. Bu arada Fitch agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib. Bununla yanaşı, bir sıra ölkələrdə o cümlədən Rusiya və Türkiyədə milli valyutaların ABŞ puluna nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var".
Vüqar Bayramov Azərbaycanın valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqda olduğunu vurğulayıb.

"Avro da dollara nisbətən dəyər itirir. Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə, indi məzənnə 1.18-dək azalıb. Bu günki birja nəticələrində dollar, demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib".