SON XƏBƏR

Maradona: “Mən Putinin fanatıyam”

İyun 27
00:15 2017
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona özünü Rusiya prezidenti Vladimir Putinin fanatı adlandırıb.
 
"Biz yenə Putinlə ünsiyyətdə olacağıq. O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm. Mənimlə iki ay əvvəl də əlaqə qurmuşdular, lakin prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”, - virtualaz.org xəbər verir ki, Maradona "Ole” nəşrinə belə bildirib.
 
Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook