Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ
İyun 11
13:56
2024
"Yelo Bank” 2023-cü il üzrə xalis mənfəətindən dividend elan etmədiyi üçün Marina Kulişova (98,04% payçı) və Anar Həsənov (0,96% payçı) səhmlərindən gəlir əldə edə bilməyib.
İqtisadiyyaz.az-ın əldə etdiyi məlumata görə, bankın rəhbərliyi ötən il 6 milyon 580 min manat gəlir əldə edib ki, bu da 2022-ci ilə nisbətən 15,2% və ya 868 min manat çoxdur.
Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 5 milyon 712 min manat təşkil edib.

Qeyd edilib ki, bu ödənişə Bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinin nağd gəlirləri daxildir. Başqa sözlə, bu məbləğ Müşahidə Şurasının sədri və bankın əsas səhmdarı Marina Kulişova, MŞ-nin üzvləri Endryu Pospilovski və Tomas Engelhart, bundan əlavə İdarə Heyətinin sədri və bankda payçı Anar Həsənov, İH sədrinin müavinləri Emil Duşdurov, Elşən Pirmalıyev, Yaşar Kərimov, Günay Cəlilova və bankın rəhbərliyindəki digər şəxslər arasında bölünüb.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır.
Qlobal.az