SON XƏBƏR

Mariya Şarapova BMT-nin xoşməramlı səfiri titulundan məhrum edildi

Mart 15
19:02 2016
Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.
 
APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Guardian” nəşri məlumat yayıb.
 
"BMT-nin İnkişaf Proqramı işimizə verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Bununla yanaşı, son hadisələr fonunda biz Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik”, - deyə BMT-nin bəyanatında qeyd edilir.
 
Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi. Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. "Porshce”, İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də tennisçi ilə əməkdaşlığı dayandırıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook