SON XƏBƏR

Masazırda Qaçaq Nəbi küçəsində “qaçaq bina“ - Hər an faciə baş verə bilər

İyul 03
14:53 2023
Azərbaycanda tikinti sahəsində hökm sürən xaos günü-gündən dərinləşir.
 
AzFakt.com xəbər verir ki, Bakı və Abşeron rayonunda standartlara uyğun olmayan yaşayış binalarının sayı artmaqdadır. Gecəqondu tipində tikilən apartman formalı bu binaların böyük əksəriyyətinin sənədləri yoxdur.
 
Maraqlıdır ki, aidiyyatı dövlət qurumları isə baş verən proseslərə seyrçi qalmaqdadırlar.
 
Əldə etdiyimiz məlumata görə standartlara uyğun gəlməyən, heç bir rəsmi qurumdan icazə sənədi olmayan daha bir keyfiyyətsiz bina Abşeron rayonunun Masazır qəsəbəsinin Qaçaq Nəbi keçəsində inşa edilib. 
 
Altı mərtəbədən ibarət olan yaşayış binasının tikintiyə icazə sənədi yoxdur. Bina yerli icra hakimiyyəti orqanlarının "göz yumması" səbəbindən qısa zaman ərzində tikilib. 
 
Ərazidə olan əməkdaşımızın əldə etdiyi məlumata görə sözügedən binanın tikintisində keyfiyyətsiz materiallardan istifadə edilib. Belə ki, binanın tikintisi zamanı  tələb olunan standartlara uyğun olmayaraq 300 marka armaturlardan istifadə olunub. Bu isə 5-6 bal gücündə baş verən zəlzələ zamanı böyük faciənin baş verməsinə səbəb ola bilər. 
 
Məsələ ilə bağlı növbəti sayımızda geniş reportajımızı təqdim edəcəyik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook