SON XƏBƏR

Mask casus peyklərindən ibarət şəbəkə qurur - "Artıq heç kim gizlənə bilməyəcək"

Mart 18
11:39 2024
Amerikalı iş adamı İlon Maskın kosmik şirkəti "SpaceX"-in ABŞ hökuməti üçün yüzlərlə casus peykdən ibarət şəbəkə qurduğu ortaya çıxıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Reuters" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, "SpaceX"-in Starshield bölməsi tərəfindən həyata keçirilən proqram uğurlu olacağı təqdirdə ABŞ-nin kəşfiyyat imkanları əhəmiyyətli dərəcədə artacaq.

Qeyd olunur ki, şəbəkə ABŞ hökumətinə və ordusuna dünyanın demək olar ki, hər yerində potensial hədəfləri daha tez müəyyən etməyə imkan verəcək. Aşkar edilmiş hədəflər haqqında məlumatlar ABŞ kəşfiyyatı və hərbi rəsmiləri ilə paylaşılacaq.

Nəşrə danışan mənbələrdən biri sistemin potensial imkanları ilə bağlı belə bir qiymətləndirmə edib: "Artıq heç kim gizlənə bilməyəcək”.

Yeni peyk şəbəkəsinin nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook