May ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək
Aprel 23
17:08
2024
Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.
Bildirilib ki, görüşün gündəliyi dəqiqləşdirilməyib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
"Çexiyada mayın 30-31-də Baş katib Yens Stoltenberqin sədrliyi ilə NATO XİN başçılarının qeyri-rəsmi görüşü keçiriləcək”, - məlumatda qeyd edilib.