Mayası haqdan yoğrulmuş hikmət şairi
Aprel 02
20:42
2020
Dünyanın dərdini çəkə bilməyən,
Dünyanın özünə ağır yük olur.
/Aqil İman/
Yazımıza qəbul etdiyimiz epiqrafın müəllifi sanki əsrlər yaşamış, dünyanın hər üzünü görmüş, həyatın məşəqqətlərini çəkmiş, bununla bərabər cəmi otuz səkkiz il ömür sürmüş, Tanrı tərəfindən bəşərə mənsub olan mənəvi dəyərlərin müdriklik zirvəsinə layiq görülmüş bir insanın, saz-söz sənətinin beşiyi olan Göyçə adlanan qədim oğuz yurdunun Aqil İman adlı istedadlı övladı, mayası haqdan yoğrulmuş hikmət şairidir. O Göyçə ki, füsunkar təbiəti ilə, mavi, göz oxşayan eyni adlı gölü ilə, əməksevər, halal süfrəli, qonaqpərvər, səmimi, xeyirxah, sadə insanları ilə yanaşı bütöv Türk dünyasına Misgin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Aşıq Alı, şair Məmmədhüseyin, Dədə Ələsgər, Zodlu Abdulla, Növrəs İman, şair Bəhmən, Həsən Xəyallı, Xəstə Bayraməli, İsmixan Didərgin, Əli Qurban, Sərraf Şiruyə, Musa Kərimov (şair Musa), Alqayıt Xəlilov, Zəki İslam, Asəf Orucoğlu kimi söz, saz-sənət xiridarları bəxş etmişdir.
Çoxşaxəli, dərin yaradıcılıqları ilə oxucularının sevimlisinə çevrilmiş bu gün uğurla yazıb-yaradan ağsaqqal şairlərimiz Eldar İsmayıl, Məcnun Göyçəli, lirika, hikmət şairi Zöhrə Məhəmmədova, şair, dramaturq, publisist Sahib İbrahimli, hər şerində oxucusuna özünəməxsus obrazlı, poetik fikir çatdıran istedadlı şairə Səyyarə Məmmədli, Ələsgər ocağının istedadlı nümayəndələri, hikmətli şeir müəllifləri Firuzə Ələsgərova və Sima Azadqızı, Xəyallı poeziya ocağıyla nəfəs alan, şerlərilə el-obasının qəlbinə yol açan Aqşin Hacızadə, Əli Məhərrəmov və Qılman İman, Vətən həsrətli istedadlı gənc yazarlar Xatirə Həsrət, Müzahim Mehbalıoğlu və Firuz Cəlilov, onlarca başqa yazarlar (hər birinin adını ayrı-ayrı yazılarımda dəfələrlə qeyd etmişəm) möhtəşəm Göyçə ədəbi məktəbinin uğurla inkişaf etdiyini sübut edir. O Göyçə ki, son 30 ildir yağı düşmən tapdağı altında inləyir, bu zaman ərzində dünyaya göz açmış övladları onun haqqında tarixində iz qoymuş olayları yalnız sağ qalmış valideynlərin, ağsaqqalların dilindən, onları düz əks etdirən azsaylı kitablardan ala bilirlər.
Aqil İmanın epiqraf kimi qəbul etdiyimiz iki misrasına fikir versək onların necə dərin məna, hikmət daşıdığının şahidi oluruq. Tanrının görk üçün yaratdığı ən qorxulu insanları biganələrdir. Tarixdən gözəl bilirik, həyatda baş verən əksər müharibələr, fəlakətlər, insanların başına gətirilən müsibətlər, zülmlər kənardan bu haqsızlıqları, cinayətləri laqeydcəsinə seyr edən, yaxasını kənar çəkən məxluqların, bəzən bütöv ölkələrin, onların siyasətçilərinin biganə baxışları altında baş verir. Başqalarının qayğısına qalmayan, Vətən, xalq, millət qeyrəti, dərdi çəkməyən bu cür insanlar özlərinin şəxsi rahatlığını, dincliyini, firavan həyatını adi, zəhmətkeş, namuslu, qeyrətli, həyatını Vətən torpaqlarının bütövlüyü uğrunda fəda etmiş insanların əzab-əziyyəti, əməyi, varlığı hesabına yaradır, beləliklə ətrafda yaşayanlar üçün ağır bir yükə çevrilirlər.
Müdrik şair yaşadığı dövrdə ətrafda baş verən hadisələri, acı həyat həqiqətlərini ürək ağrısıyla seyr edərkən, işsizliyin, məmur rüşvətinin baş alıb getdiyini, "qanun keşiyində duranların” qanunları açıq-aydın necə pozduqlarını, xalqa mənsub olan torpaqların necə zəbt edildiyini, şikayətlərə, haqqa, ədalətə məhəl qoyulmadığını görürkən, poetik xalq dilində olayların iç üzünün rəsmini olduğu kimi çəkdiyinin, "düzü düz, əyrini əyri” yazdığının şahidi oluruq:
...Haqqı boğazından asdırıbdılar,
Qəbrini dərindən qazdırıbdılar.
Yalan ayağında basdırıbdılar,
Can verib öləndə həqiqət, baba!
Məzlum çıхarammır zildən səsini,
Bilə də bilmirik heç niyəsini…
İmanam, tanımır it yiyəsini,
Elə pozulub ki, cəmiyyət, baba!
Uzaqgörən şair bu gün dünyada baş verən ikili standartların, güc siyasəti nəticəsində ayrı-ayrı millətlərin başına gətirilən faciələri, o cümlədən öz içimizdən çıxmış, məzhəbini, imanını itirmiş satqınların vasitəsilə riyakar qonşuların torpaqlarımıza yiyələnməsini, yüz minlərlə yurd-yuvasından qovulmuş insanlarımızın acı taleyini Nəsimi, Füzuli və Sabirə müraciətlə hələ o hadisələrdən qabaq bu müdrik misralarla ifadə etmişdi:
Eşit, Sabir babam, Füzuli babam,
Dövrandan, zamandan şübhələnmişəm.
Hardasan, Nəsimi, yetiş köməyə,
Məssəbdən, imandan şübhələnmişəm.
Tarix boyu talana-talana yol gedən, torpaqlarını parça-parça, mahal-mahal, bəzən öz satqınlarımızın vasitəsilə itirən Vətəninin acı taleyindən doğulubdur bu ürəksıxan, dərdli misralar:
Gedən köçümüzə sarvan tapmamış,
Verməyə şah özgə fərman tapmamış.
Təbriz dərdimizə dərman tapmamış,
Qarabağ, Zəngəzur, Göyçə satıldı.
Məhz buna görə müdrik, uzaqgörən şair bu gün bizləri satqın "atası naməlum”ların, "anası harın”ların məkrli planlarından sayıq olmağa çağırır:
Atası naməlum, anası harın,
Talayıb qudurdu bu elin varın.
Böyüyür nəvəsi o satqınların,
Bir də görəcəyik Gəncə satıldı.
Yaşıyla kamalı təzadda olan müdrik şair "çox bilənin məsuliyyəti də böyük olur” fikrini təsdiqləyərək, xalqının nurlu insanlarının, onun önündə gedənlərin el-oba, Vətən, millət qarşısında daşıdığı məsuliyyətin ciddiliyini bu hikmətli, dərin məna daşıyan poetik misralarla vurğulayır:
Dağ əgər çəkmirsə təpə qeyrətin,
Bax onda yaşamaq çətindi, çətin.
Ölüsü çoх olan bir məmləkətin,
Dirisi həmişə ehsan aхtarar.
Bu sətirlər geniş dünya görüşünə, dərin, fəlsəfi fikir tərzinə malik şair təxəyyülünün məhsulu kimi zəngin milli poeziyamızın incilərindən hesab olunaraq, onun qızıl fonduna daxil edilməyə layiqdirlər!
İnsan mənəviyyatını, onun saflığını yüksək tutan Aqil İman saxta duasıyla çirkin əməli arasında uçurum olan tamahkar insanlara "dünya malının heç kəsə qalmadığı” fikrini poetik dildə belə yada salır:
Tamahkarsan, ha səcdə et pirə sən,
Naхış vurdun üstündəki kirə sən,
O dünyadan necə doyar görəsən,
Gözü bu dünyadan doymayan insan?
Bugünkü həyatımıza, gözümüz qarşısında, ətrafımızda baş verən hadisələrə nəzər saldıqca aqil, müdrik şairin bu olaylara necə də düzgün qiymət verdiyinin şahidi oluruq:
İman, ha yaz bu şeiri,
Zülmə yoxdu xeyiri:
Başda oturub əyri,
Düzü hörmətdən salır.
Kitab-kitab yazılmış qanunlarda insan hüquqlarının bərqərar olmasından, qorunmasından, onları pozanlara qarşı mübarizədən bəhs edilirsə, real həyat güzgüsündə addımbaşı haqqın, ədalətin tapdanmasının şahidi oluruq. Bu cür "reallığa” şair Aqil İman dözə bilmir:
Buхovlanıb cəsarət,
İman, özgə nə hacət?
Ölübdüsə ədalət,
Neynirəm quru haqqı.
Bu gün hər cürə vasitədən istifadə edərək cılız intellektinə, bacarığına uyğun olmayan yüksək vəzifə tutan bir çox məmurlar, xalqa yalan vədlər verib öz şəxsi istəklərini həyata keçirməklə "fəaliyyət” göstərən, "kürsü” hərisləri məqsədlərinə nail olduqdan sonra nə vədlərini, nə də vəd verdikləri o insanları heç yada da salmırlar. Rəmzi, simvolik olaraq bu cür "dövlət xadimlərini” "şah”, "vəzir” adlandıran şair onları müşahidə edir, kim olduqlarını açıb göstərir, məharətlə, ən iti, kəsərli sözlərlə qamçılayır:
Taxt şaha yaraşmır, şah da ki, taca,
Vəzirin verdiyi vədlər tapmaca!
Namusu, qeyrəti qoyub hərraca,
Yığıbdı boğaza harınlar bizi!
Min hiylə ilə xalqın malını yeyənlər, onun hüququnu tapdayanlar əvəzinə, haqsıslığa, ədalətsizliyə qarşı mübarizə aparan yüksək mənəviyyatlı, xalqının mübariz oğulları güdaza gedir, bu şairi hiddətə gətirir:
Min kələk işlədən tülkü yerinə,
Qəfəsə de, niyə bəs pələng düşüb?
Göyçə havasıyla nəfəs almış, buz bulaqlarının şəffaf suyu ilə ürəyini sərinlətmiş, onun zəhmətlə başa gəlmiş çörəyini dadmış, füsunkar gözəlliyindən ilham almış hər bir yazar kimi Aqil İmanın da yaradıcılığında Göyçə mövzusu xüsusi yer tutur. Tarixə, Türk dünyasına Dədə Ələsgər kimi dahi şəxsiyyətlər bəxş etmiş Göyçədən ayrılıq hissləri, nisgili, həsrəti şairi gah yandırır, gah qəlbini buza döndərir:
İman, həsrətindən yanası, Göyçə,
Yanmasa, buz olub donası, Göyçə!
Sənə – Ələsgərin anası Göyçə,
Sənə dahilərin yurdu dedilər.
Göyçəsiz şairin dərdləri qəlbində dağ boyda xal kimidir, ona rahatlıq vermir. Sanki anasından uzaq düşmüş balası kimi Göyçə ona ağı deyib sızlayır:
Ürəyimdə dağ boyda хal,
Qıfıllanıb, nitqimdi lal!
İman ölsün, oğulsuz qal,
"Balam” deyib mələ, Göyçə.
Göyçə camaatının doğma yurd-yuvasını tərk edib naməlum gələcəyə yollanan köçünü ürək parçalayan bu misralarla ifadə edirdi Aqil İman:
Qəribliyə gedən köçə,
Dağda çiskin, duman ağlar.
Qürbət eldə sızıldayar,
Qəlbi olar kaman, ağlar.
Qəriblikdə sürdüyü həyatdan, Göyçə həsrətindən, nisgilindən, ayrılıq dərdindən hələ də insanların göz yaşları qurumayıb:
...Qurumaz gözünün yaşı,
Hər gün çəkər aman ağlar.
…Həsrətidi bu qəm-qubar,
Ürəkdə dərd, saçında qar.
Göyçə deyin, neçə ki, var,
İman ağlar, yaman ağlar.
Aqil İman üçün Vətən, torpaq, Ana ən müqəddəs məfhumlardır, Onun üçün İrəvan, Zəngəzur, Dərələyəz, Laçın, Kəlbəcər, Zəngilan, Şuşa, Füzuli, Cəbrayıl – bütöv Qarabağ itgisi, nisgili Göyzə həsrətiylə eynilik təşkil edir:
"Torpaqdan pay olmaz” – deyən babalar,
Oyanın, qartallar yuvası gedir.
Gözümdən Laçının tökülən qanı,
Başımdan Şuşanın havası gedir.
Klassik ədəbiyyatımızda, çağdaş poeziyamızda Ana haqqında, Ana məhəbbətini, onun ülviliyini, gücünü tərənnüm edən yüzlərlə şerlər, esselər, iri həcmli əsərlər yazılıb. Aqil İmanın
Ölsəm əzrayılın əlindən alar,
Sənin bircə titrək sığalın, ana.
iki misrası Ananın övladına olan sevgisinin təsir gücünü ifadə edən bədii sözün zirvə, ilahi məqamlarından hesab edilə bilər!
Aqil İman şerimizin əksər janrlarında oxucusuna bədii zövq verən, yüksək poeziya nümunələri qoyub getmişdir. Onun təcnisləri bu poetik söz inciləri içərisində xüsusi yer tutur. Aqil iman qələminin təcnis gözəlliyini tam təsəvvür etmək üçün onun "Bir anda məni” təcnisini olduğu kimi nəzərinizə çatdırmaq istədim:
Sən məni bir anda tapmışdın o vaхt,
İndi də itirdin bir anda məni.
Yığıb ürəyinə hirsi-hikkəni,
Necə qurban etdin bir anda məni?
Hörmə hasarına yad daşını, qız,
Yeyən dad almayıb yad aşını, qız!
Hərdən təzələyib yaddaşını, qız,
Qayıt o günlərə, bir an da məni!
Həsrətin didəmdən gəlib su ala,
Axdı eynim yaşı, oldu – su ala!
İmanam, önündə döndüm suala,
Qoymadın tutmağa bir an daməni.
Bu təcnisdə şairin dil gözəlliyi, zənginliyi, xəlqiliyi, şeirə rövnəq, məna verən sözə hakimlik, şeirdəki fikirlə lirikanın həmahəngliyi oxucuya bədii zövq verir, qəlbində rəngarəng hisslər, duyğular yaradır.
Aqil İman eyni zamanda olduqca lirik şairdir. Onun lirikasında sevgi, məhəbbət sevinci -
Zirvələr görünmür çəni tapandan,
Saçımız ağappaq dəni tapandan.
Əhdə хilaf çıхdım səni tapandan,
Tək-tənha qoymuşam qəmi, qəhəri,
Get, bir az darıхım səndən ötəri.
Ahımdan zirvələr kül olub çöküb,
Quş qanad saхlayıb, durna tel töküb.
Bu yazıq sevdamı qəlbinə büküb,
Bələ, ay başına dolanım, bələ.
qadın gözəlliyinin incə tərənnümü -
Məsum baxışından kədəri dərib,
Baxdım camalına hey qərib-qərib.
Qəlbi tükdən incə, ipəkdən zərif,
A məndən inciyib, küsən, hardasan?
mərhum İsmixan Didərginin eyni adlı şerilə həmahəng səslənən, amma eyni zamanda Aqil İman dəsti xəttinə mənsub olan şeirdə sevgisinə obrazlı eşq müraciəti -
Eşqi üçün kül olanın,
İşarədən tez qananın,
Gözlərindən oхunanın,
Hecasına qurban olum.
sevgi, məhəbbət nisgili, xatirəsi -
...Хına qoydun əllərinə qanımdan,
Ruhunuydu, ötüb-keçən yanımdan...
özünə yer alıb, oxucusunun qəlbində həmahəng hisslər, duyğular yaradır.
Təəssüflər olsun ki, Aqil İman həyatdan çox tez getdi. Qısa bir ömür yaşadı Aqil İman. Çox qısa. Parlaq yaradıcılığında, ömür payında "Göyçənin Mikayıl Müşfiqi” idi Aqil İman. Ayrı-ayrı şerlərindən hiss olunur, sanki şairin özünün bu aqibətdən xəbəri varmış:
Ağladım, kor oldu göz – seldə gördüm,
Qabar bağlayırmış dərd – əldə gördüm.
Bu ömrün sonunu əvvəldə gördüm,
Hələ görəcəkli günüm gəlməmiş.
Hörmətli dostlar! Hikmət şairi Aqil İman yaradıcılığı adi bir yazıya sığa bilməyəcək, sanballı elmi monoqrafiyalarda təhlil və təşviq olunmağa layiq ədəbi irsdir! Əmin olmaq istərdim, ədəbiyyatşünaslarımız gələcəkdə bu sahədə dəyərli, maraqlı elmi-publisistik tədqiqatlar aparacaq, Aqil İmansevərlərə ədəbi töhfələr bəxş edəcəklər.
Allah Aqil İmana rəhmət eləsin! Məkanı cənnət, ruhu şad, o dünyası nurla dolsun!
Ələddin Allahverdiyev
/Professor, Moskva/

əzabları -