SON XƏBƏR

MBNP Auditorlar Palatası ilə anlaşma memorandumu imzalayıb

May 03
10:30 2017
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
"Report” Palataya istinadən xəbər verir ki, memorandumun məqsədi bu sahədə qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi və birgə tədbirlərin genişləndirilməsidir.
 
Memoranduma uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması sahəsində əməkdaşlıq edəcək.
 
Bununla yanaşı, memoranduma əsasən tərəflər səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, elmi–praktiki konfranslar və seminarlar təşkil edəcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook