Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri altı milyard manat olub
May 23
08:01
2016
2016-cı ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri altı milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sahənin əsas məhsulu olan xam neftin hasilatı 14,0 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 6,3 milyard kubmetr təşkil edib. Neft hasilatı 1,8 faiz, qaz hasilatı isə 9,8 faiz azalıb.
Qlobal.az