Mədəniyyət müəssisələrində qırmızıya, qısa geyimlərə qadağa?
Aprel 22
01:22
2022
"İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında mövcuddur”
Mədəniyyət Nazirliyinin ölkə teatrlarına və mədəniyyət müəssisələrinə qadağalar tətbiq etdiyi deyilir.
İşini itirmək qorxusu ilə adlarının açıqlanmasını istəməyən mədəniyyət işçilərinin Meydan TV-yə verdiyi məlumata görə, aprelin 21-də nazirlik tərəfindən həmin qurumlara məktub göndərilərək, bəzi tələblər irəli sürülüb.
Qadın işçilər üçün qırmızı dodaq və dırnaq boyasından, həmçinin bu rəngdə geyimlərdən, dikdaban ayaqqabılardan, cins və dar şalvarlardan, qısa geyimlərdən istifadəyə qadağa qoyulduğu bildirilir.
Məsələ ilə bağlı Meydan TV-nin sorğusunu Mədəniyyət Nazirliyinin İnsan Kapitalının idarə edilməsi şöbəsi cavablandırıb.
Bidirilib ki, işçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə, özəl müəssisələrdə də mövcuddur: "Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlardakı işçilərin əmək münasibətləri "Dövlət qulluğu sahəsində münasibətləri” uqanunvericilik aktlarına uyğun olaraq tənzimlənir. İşçilərin davranışları "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Eyni zamanda, "Əmək Məcəlləsi”ndə əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulub”.
Cavabda qeyd olunur ki, Mədəniyyət Nazirliyində daxili intizam qaydaları "Əmək Məcəlləsi”nin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssislərdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanıb: "O ki qaldı geyimlə bağlı tələblərə, Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod” müəyyən edirlər. Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində çalışanların geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb”.
Paytaxt teatrları məsələ ilə bağlı münasibət bildirməyiblər.

Qlobal.az