Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Gəncədə konsert verib
Oktyabr 07
23:59
2016
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən Mədəniyyət və İncəsənət Universitetinin tələbə-gənclərindən ibarət estrada orkestri Gəncədə "Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdə orkestrin solistləri Tamerlan Təhməzovun, Nigar Hüseynlinin, Yusif Məmmədlinin, Eldar Safanın, Cəlal Məliklinin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarlarının populyar mahnıları səsləndirilib.
Estrada-simfonik orkestrin bədii rəhbəri Allahyar Vəzirovun dirijorluğu ilə tələbə-gənclər tərəfindən ifa olunan Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rauf Hacıyevin mahnıları alqışlarla qarşılanıb.
Qlobal.az