SON XƏBƏR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi qəbul etmişdir

Oktyabr 31
09:18 2015
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın məşhur Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linz ilə görüşmüşdür.
 
Görüşdə Luvr Muzeyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq üzrə 2008-ci ildə bağlanmış razılıq protokolunun davamı kimi Azərbaycan Milli İncəsənət Muzeyi və Luvr Muzeyi arasında 2016-2021 illər yeni əməkdaşlıq müqaviləsinin bağlanması məsələsi üzrə danışıqlar aparılmışdır.
 
Məlumat üçün bildiririk ki, protokolda Luvr muzeyi ilə Azərbaycan muzeyləri arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, xalçaların restavrasiya edilməsi üzrə əməkdaşlıq və s.kimi məsələlər öz əksini tapmışdır. Eyni zamanda görüş çərçivəsində Luvr muzeyinin İslam bölməsində Azərbaycana məxsus eksponatların yerləşdirilməsi də müzakirə edilmişdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook