SON XƏBƏR

Mədəniyyət və Turizm Nazirliyi "Bakı Simaları" adlı foto-müsabiqə elan edir

Fevral 25
13:08 2016
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli, 1334 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin 25 – 27 aprel tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir.
 
Sözügedən forumun keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Bakının mədəni müxtəlflik və tolerantlıq məkanı olmasını əks etdirən foto sərgi təşkil etməyi planlaşdırır. Sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretlərin və onlar haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulur. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.
 
Tədbirlə əlaqədar açıq müsabiqə elan olunur və ustad peşəkarlar ilə yanaşı gənc və həvəskar fotoqraflar iştirak etməyə dəvət olunur. İştirakçilardan fotolar ilə yanaşı əlaqə vasitələri (telefon, e-mail) və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərilməli xahiş olunur.
 
Sərgi üçün seçilmiş əsərlər böyük formatda (təxminən 1.80m x 1.40m ölçülərində) çap olunaraq Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaqdır. Sərgilənən hər bir fotoşəklin müəllifinə 100 AZN ödəniləcəkdir. Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcəklər.
 
Ərizələrin təqdim edilməsi üçün son müddət 1 aprel 2016-cı il.
 
Əlaqə:
Muzey Mərkəzi
Telefon: +994 12 493 58 83
Faks/tel: +994 12 493 72 87
www.museumcenter.az
 
İş saatı: Bazar günü istisna olmaqla hər gün saat 10.00-18.00
 
Məsul şəxs: Samirə Nuriyeva, Sərgi Qalereyası ekspozisiyasının müdiri
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook