SON XƏBƏR

Mədət Quliyev “Gəncə Marafonu-2017”də

Sentyabr 17
12:52 2017
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarları altında keçirilən "Gəncə Marafonu-2017”yə sentyabrın 17-də Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən start verilib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhərdir.
 
Saat 10:00-da start götürən marafonun məsafəsi 17 kilometrdir. Heydər Əliyev Park Kompleksində başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, bir sıra ölkələrdən olan iştirakçılar da marafona qoşulub.
 
Layihə regionlarda idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
 
"Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı "Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
 
Marafon Gəncə şəhərində "Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospektindən keçməklə Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
 
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışçılar iştirak üçün heç bir ödəniş etməyiblər.
 
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı və 2017-ci illərdə paytaxt Bakıda "Küləyə qalib gəl!” şüarı altında "Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 mindən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook