“Medvedev Nemət Pənahlı kimidir, onun da dediklərinə qulaq asan yoxdur” – Zərdüşt Əlizadə
İyul 10
16:57
2023
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə dünyanı nüvə müharibəsilə təhdid edib. Belə ki o, "Rossiyskaya qazeta” üçün yazdığı məqalədə nüvə apokalipsisini mümkün ehtimal adlandırıb.
Medvedev hesab edir ki, "kollektiv Qərblə dünyanın qalan hissəsi” arasında qarşıdurma bəşəriyyətin gələcək inkişafı ilə bağlı baxışların kəskin ziddiyyətindən qaynaqlanır.
"Yeni münaqişə artıq əvvəlki soyuq müharibə dövründəkindən daha böyük gərginliyə və son dərəcə mənfi nəticələrə səbəb olub. Əslində, o, dünyanı üçüncü dünya müharibəsinin astanasına çatdırıb, - deyə o bildirib.
Siyasətçinin fikrincə, dünyanın müxtəlif yerlərində gələcəyin dərk edilməsinə dair haçalanma daha da kəskinləşəcək, qarşıdurma onilliklərlə davam edəcək:
"Bunun həlli yollarından biri üçüncü dünya müharibəsidir. Ancaq bu, açıq-aydın pisdir, çünki əvvəlki dünya müharibələrindən sonra olduğu kimi, qaliblərə gələcək firavanlıq vəd edilmir. Çox güman ki, bu müharibədə sadəcə qalib olmayacaq”.
Medvedevin zənnincə, nüvə apokalipsisi "nəinki mümkündür, hətta bunun üçün kifayət qədər ehtimal var".
O vurğulayıb ki, uzun müddət ərzində kompromislər axtarmaq və bütün ölkələrin maraqlarının tarazlığına əsaslanan yeni dünya nizamı formalaşdırmaq daha yaxşıdır, nəinki "qiyamət günü birləşmək".
Medvedev açıq şəkildə nüvə silahı ilə zərbə endiriləcək ərazilərin adını da açıqlayıb:
"Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”.
DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə qeyd edir ki, Medvedev bu kimi fikirlərlə sadəcə, təbliğat aparır, qarşı tərəfə "xox” gəlmək istəiyr:
"Apokalipsis dünyanın axırını təsvir edən bir hadisədir. Medvedyevə gəldikdə, həm Rusiyanın daxili səhnəsində, həm də xaricdə o, tamamilə məzmunsuz, qeyri-ciddi bir insan kimi tanınır. Onun dediyi sözlərə heç kim fikir vermir, çünki səsləndirdiyi sözlər sıfırdır. Bu ölkəmizdə məsələn, Nemət Pənahlının nəsə deməsinə bənzəyir. Ölkəmizdə də Nemət Pənahlıya qulaq asan yoxdur. Medvedev də həmin roldadır.
Onun sözlərinə fikir vermək lazım deyil. O, sadəcə təbliğat kampaniyası aparır, bununla "xox” gəlmək istəyir. Amma heç kim onu ciddi qəbul etmir. Boş söhbətlərdir. Putin də neçə vaxtdır nüvə silahı ilə şantaj edir. Amma Qərbin də öz mövqeyi var”.