Medvedev ukraynalıları Sibirlə hədələdi - “Bilməlidirlər ki, Rusiya həmişəlik qayıdıb”
Fevral 22
14:14
2024
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev işğal olunmuş ərazilərdəki ukraynalıları Sibirə göndərməklə hədələyib.
"AzPolitika.info” xəbər verir ki, Rusiya telekanalına müsahibə verən Medvedev bu yolla ukraynalıları "tərbiyələndirməyi” təklif edib.
Medvedev deyib ki, işğal olunmuş ərazilərdə "Rusiyaya zərər verən insanlar” var. Onun fikrincə, onları Sibirə göndərmək lazımdır: "Əgər bunlar Rusiyaya zərər verən insanlardırsa, onları ifşa etmək və cəzalandırmaq, Sibirə göndərmək lazımdır. Bax belə. Onları məcburi əmək düşərgələrində yenidən tərbiyələndirmək lazımdır”.
Medvedev həmçinin bildirib ki, Odessa "evə qayıtmalı olan Rusiya şəhəridir”.
Medvedev deyib ki, işğal olunmuş ərazilərdə "Rusiyaya zərər verən insanlar” var. Onun fikrincə, onları Sibirə göndərmək lazımdır: "Əgər bunlar Rusiyaya zərər verən insanlardırsa, onları ifşa etmək və cəzalandırmaq, Sibirə göndərmək lazımdır. Bax belə. Onları məcburi əmək düşərgələrində yenidən tərbiyələndirmək lazımdır”.
Medvedev deyib ki, işğal olunmuş ərazilərin sakinləri Rusiyanın buraya "həmişəlik qayıtdığını” bilməlidirlər.
Həmin müsahibədə Medvedev müharibə və Kiyev haqqında da yeni bəyanatlar verib. O, Ukraynanın paytaxtını "Rusiya şəhəri” hesab etdiyini bildirib. Onun fikrincə, rus qoşunlarının məhz Kiyevə çatandan sonra dayanması lazımdır.