SON XƏBƏR

Mehdiyevin kürəkəni Şüvəlandakı villasını 1 milyon 300 minə satır – FOTO

Sentyabr 10
12:27 2021
Verilən məlumata görə, sabiq deputat İlham Əliyev təyin olunan vergi cəriməsini ödəmək üçün 1 ay vaxt istəyib.

Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib.

"Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik "özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.

Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook