Məhəmməd İbin Salman iyunda kral olacaq
Aprel 10
14:58
2018
Səudiyyə Ərəbistanının Culian Assancı ("WikiLeaks"in qurucusu) kimi tanınan Müctəhid adlı şəxs vəliəhd Məhəmməd İbin Salmanın 3 ay sonra kral olacağını deyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter" hesabında bu barədə yazan Müctəhid bildirib ki, ABŞ prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşnerə yaxınlığı ilə bilinən Məhəmməd İbin Salman 4 iyun tarixində Kral Salmanın yerinə keçə bilər.
Qeyd edək ki, BBC 2015-ci ildə Müctəhidlə əlaqə saxlaya bilmişdi. O, jurnalistlərə bildirib ki, kral ailəsində mənbələri var və vəzifəsi ədalətsizlik, korrupsiya və rüşvətxorluq faktlarını aşkara çıxarmaqdır. Səudiyyə Assancı Kral ailəsinin ona toxunmama səbəbi kimi isə böyük skandala səbəb olacaq informasiyaya sahib olmasını göstərib.