SON XƏBƏR

Məhkəmə icra başçısının qəbulunda özünə xəsarət yetirən şəxsi cərimələdi

Oktyabr 09
18:19 2024
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbuluna iş üçün gələn şəxs özünə xəsarət yetirdiyinə görə saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 2 oktyabr 2024-cü il tarixində, saat 11:20 radələrində baş verib. 

Belə ki, 1982-ci ildə Neftçala şəhərində doğulmuş V.N. oğlunun işlə təmin olunması ilə bağlı müraciət etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinə gedib. Həmin şəxsin oğluna Neftçala rayon Mənzil Kommunal İdarəsində fəhlə işi təklif edilib. 

V.N. isə spirtli içkinin təsiri altında olduğundan bu işi oğluna rəva bilməyib, əsəbləşərək İcra Hakimiyyəti binasının qarşısında uca səslə qışqıraraq söyüşlər söyüb və daha sonra özünə xəsarət yetirib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, V.N. 100 manat cərimə olunub.

Xatırladaq ki, 21 iyun 2023-cü ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur adlı şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını 1 may 2024-cü ildən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook