SON XƏBƏR

Məhkəmə "Novaya qazeta"nın lisenziyasını ləğv etdi

Sentyabr 05
13:48 2022
Rusiyada "Novaya qazeta”nın qeydiyyat şəhadətnaməsi ləğv olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı bu gün Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib. Hakim Olqa Lipkina "Novaya qazeta”nın qeydiyyatının etibarsız sayılması barədə Roskomnadzorun iddiasını təmin edib.

"Novaya qazeta”nın baş redaktor Dmitri Muratov məhkəmənin qərarını "sifarişli və siyasi" adlandırıb.

Qeyd edək ki, "Novaya qazeta” 2022-ci ilin mart ayının sonundan fəaliyyət göstərmir. Həmin vaxtdan sonra saytda yalnız redaksiya və baş redaktor Dmitri Muratovla bağlı məlumatlar dərc olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook