SON XƏBƏR

Məhkəmə "Sette Mobili" şirkətini cərimələyib

Dekabr 08
09:54 2022
Bakıda Türkiyənin məşhur mebel markalarından olan şirkət qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Nizami rayonu, Babək prospekti 31 D ünvanında yerləşən "SETTE MOBİLİ” adlı obyektin üzərində müvafiq icazə sənədi və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilib.

"SETTE MOBİLİ”nin Reklam haqqında Qanunun tələblərini pozaraq, açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilib, həmin şirkətə müvafiq icazə sənədi almaq və icazə müqaviləsi bağlamaq təklif edilsə də, bundan yayınıb.

Məhkəmənin qərari ilə "SETTE MOBİLİ”ni İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsilə təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook