Məhkəmə Tofiq Yaqublu barədə qərar verib
Aprel 02
13:36
2024
Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə qərar qəbul olunub.
"Report” xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin edilməyib.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.