“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
İyul 15
17:38
2019
Hazırda Türkiyədə müalicə olunan xalq artisti Yalçın Rzazadə səhhətindən danışıb.
O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmişə özünü yıxılmaz hesab edib:
"Düşünürdüm ki, əksi olsa, mənə çətin olar. Birdən özümü Bakıda pis hiss etdim. Bir neçə yerə getdim. Sonra gördüm ki, yıxılıram. Bu zaman birinci vitse-prezident mənim harayıma çatdı. O saat məni təyyarəylə Türkiyəyə müalicəyə göndərdilər. Burada hələ də müayinələr keçirilir. Son vaxtlar çox danışan deyildim. Amma bilməzdim ki, mənə bu qədər böyük diqqət olacaq. Bunun hamısını yaradan birinci vitse-prezidentimiz Mehriban xanıma, prezidentimizə möhkəm can sağlığı arzulayıram. Onlar işıqlı insandırlar. Mən özümü əsl dövlət sənətkarı hiss etdim. Bildim ki, mən yaşamalıyam. Onların bu hərəkəti məni yaşamağa daha çox həvəsləndirdi. Mənim həyatım dövlətimizə və xalqımıza lazımdır. Mehriban xanımın özündən böyük ürəyi var. O xalqımıza çox lazımdır. Ümidvaram ki, sağalıb gələcəyəm. Sübhdən gecə yarısına kimi nə qədər insanlar mənə zəng edib səhhətimlə maraqlandılar. Hamısına böyük salamımı çatdırmaq istəyirəm”.Xalq artisti indi səhhəti ilə bağlı vəziyyətin gərgin olduğunu vurğulayıb: "Həkimlər analizləri Amerikaya göndəriblər. Bir həftədən sonra cavab gələcək. İlk əməliyyat dördüncü gün olmalıdır. Ondan sonra ikinci əməliyyatın nə zaman olacağı bilinəcək. İndi sistemlər vururlar, dərman qəbul edirəm. Özümü deyəsən, yaxşı hiss edəcəm”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən xalq artisti fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.