SON XƏBƏR

Mehriban Vəliyeva 500 min manata villa aldı - FOTO

İyul 19
17:31 2023
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, "Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
 


Bu barədə konkret.az-a etibarlı mənbələrinə istinadən məlumat verib. Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub və həmin tikili xüsusi alman layihəsi ilə inşa olunub.

Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.
 


Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.
 
Qeyd. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook