SON XƏBƏR

“Məhsul” stadionunun direktoru bu şəxslərə qarşı dələduzluq edib – SİYAHI

Fevral 02
12:53 2023
"Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyb.

Qeyd edək ki, Yasamal rayonu ərazisində - metronun "İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən "Məhsul” stadionunun direktoru Alik Həsənov həbs olunub. Alik Həsənov stadion ərazisini satmaq adıyla sahibkarları aldatmaqda ittiham olunur.

Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən "Məhsul” stadionu "Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olub. Alik Həsənov da klubun direktorudur.

Alik Həsənovla birlikdə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev də həbs edilib. İddia olunur ki, onlar birlikdə sahibkarları aldadıblar.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadionun ərazisinin 5 milyon 500 minə satıldığını deyib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. 

Bunlar – Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanocvdur.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook