Meksika və Qazaxıstan Rusiyadan vaksin alacaq
Sentyabr 10
00:53
2020
Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib ki, Meksikanın "Landsteiner Scientific” şirkəti ilə Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksininin 32 milyon dozasının alınması barədə saziş imzalayıb.
Fond sentyabrın 9-da deyib ki, vaksin dozalarının Meksikaya göndərilməsinə noyabr ayından başlanacaq. Fond bildirir ki, Meksikada Sputnik V preparatının satıcısı "Landsteiner Scientific” şirkəti olacaq.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib ki, bu vaskini hazırlamış Qamaleya adına institut preparatın başqa ölkələrə satıla biləcəyini elan edib.
Bu arada Rusiyanın xarici işlər nazir iSergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdı ilə danışıqları zamanı bildirib ki, iki ölkə arasında Rusiya vaksininin test və peyvəndləmə məqsədilə Qazaxıstana verilməsi barədə razılaşma əldə olunub.
Rusiyada vaksinin ilk partiyası əhalinin peyvəndlənməsi üçün dövriyyəyə sentyabrın 8-də buraxılıb. Bu da xəbər verilir ki, vaksindən ölkə boyunca peyvəndləməüçün gələn aydan istifadə ediləcək.
Rusiya öz vaksininin tam sınaqdan keçirilməməsinə baxmayaraq avqustun 11-də onu rəsmi qeydiyyata alıb.
Həmin vaxt Rusiya prezidenti Vladimir Putin demişdi ki, vaksin immunitet yaradır və hətta onun qızlarından biri bu vaksinlə peyvənd olunub. Rusiyanın Sputnik V vaksininin ilkin iki faza üzrə sınaqlarının nəticələri Lancet jurnalında dərc olunub. Qamaleya adına institut və Binnopharm şirkəti sözü gedən vaksinin kütləvi istehsalına avqustun 15-də başlayıb.
Dünya alimləri Rusiya vaksininin effektivliyi və təhlükəsizliyindən narahatlıq ifadə ediblər. Rusiyanın özündə də bir çox alimlər vaksinəşübhə ilə yanaşırlar. Rusiyada indiyədək koronavirusa 1 milyon yoluxma qeydə alınıb. Bu müddətdə COVID-19-dan 18 min insan vəfat edib. (azadliq.org)