Məlumat Hesablama Mərkəzi kibertəhlükəsizlik avadanlığıı alır
İyul 22
10:31
2020
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi informasiya sistemlərinin kibertəhdidlərdən qorunması məqsədi ilə təhlükəsizlik avadanlığının satın alınması üçün açıq tender elan edib.
"Report” xəbər verir ki, tenderdə iştirak haqqı 800 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 21-i, saat 18:00-a qədər dövlət satınalmalarının vaghid internet portalı vasitəsilə təqdim edə bilərlər.