Məmmədyarov Aronyanla heç-heçə etdi
Avqust 03
00:47
2021
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - "Chessable Masters" keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla yanaşı mərhələ yarışında ABŞ təmsilçiləri Uesli So, Hikaru Nakamura və 12 yaşlı gənc istedad Abhimanyu Mişra, Fransanı təmsil edən Alireza Firuzca, hindistanlılar Pentala Harikrişna, Baskaran Adhiban və Humpu Koneru, Vyetnam təmsilçisi Le Quan Liyem, niderlandlı Jorden Van Forrest, rusiyalı Vladislav Artemiyev, İspaniya şahmatçıları David Anton və Eduardo İturrizaqa, ermənistanlı Levon Aronyan, norveçli Aryan Tari və qadınlar arasında hazırki dünya çempionu çinli Yu Venyun iştirak edirlər.
Bu gün şahmatçılar seçmə mərhələdə beş oyun keçirəcəklər, nəticədə pley -off mərhələsində mübarizəni davam etdirəcək ilk səkkizlik müəyyən ediləcək.
Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyanla heç-heçə edib.
Xatırladaq ki, "Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq.
Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.