Məmurların ölkədən çıxardığı milyardlar geri qaytarılacaq?
Fevral 12
17:32
2021
Azərbaycan hakimiyyətində kök atmış oliqarxiyanın sıradan çıxarılması prosesi həm də ölkədən çıxarılan milyardlarla vəsaitin geri qaytarılmasına hesablanıb.
Hit.az xəbər verir ki, həm müharibə, həm koronavirus pandemiyası ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Neft pulları isə artıq əvvəlki qədər başgicəlləndirən məbləğlərlə ölçülmür. Bu səbəbdən iqtidarın zirvəsində təmsil olunanlar tez-tez "postneft dövrü” ifadəsindən istifadə edirlər. Deməli, artıq "qara qızıl” əvvəlki kimi Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli faktor hesab edilmir.
Qeyri-neft sektorunun inkişafı isə o qədər də sürətlə getmir. Monopoliya, dövlət qurumlarında rüşvət və korrupsiyanın kök atması, Azərbaycanda biznes strukturlarının əsasən oliqarx məmurların nəzarətində olması qeyri-neft sektorunun inkişafı ciddi maneədir.
Müşahidələr göstərir ki, iqtidar bu problemlərin kompleks şəkildə həllinə cəhd edir. Həbslərlə müşayət olunan anti-korrupsiya əməliyyatları, oliqarx məmurların sıradan çıxarılması və onların biznes imperiyalarının çökdürülməsi, nəticə etibarilə monopoliyanın qismən aradan qaldırılması buna nümunə ola bilər. Amma proses ləng gedir. Cəmiyyət bu məsələdə iqtidarın daha fəal olmasını arzulayır.
Ölkədən çıxarılan pulların geri qaytarılmasına gəlincə, belə düşünənlər var ki, problem inzibati amirlik üsulları ilə deyil, daha çox liberal yanaşma ilə həll edilə bilər. Bu fikirdə olanlar daha çox maliyyə aministiyasının tətbiq edilməsini məqsədəuyğun sayırlar.
İqtisadçı alim Nazim Bəydəmirli isə hesab edir ki, bu üsul o qədər effektiv deyil. O, Hit.az-a açıqlamasında bildirib ki, hakimiyyət nəticə ilə deyil, səbəblə mübarizə aparmalıdır.
"Ölkədən bu və ya digər şəkildə maliyyə axının səbəbləri var. Əsas səbəb məmur sahibkarlığıdır. Məmur sahibkarlığı ölkə iqtisadiyyatı üçün təhdiddir. Hesab edirəm ki, ilk növbədə məmur sahibkarlığına son qoyulmalı, inhisarçılıq aradan qaldırılmalıdır. Məmurlardan gəlir və əmlak deklarasiyası tələb edilməli, onların fəaliyyətinə ictimai nəzarət olmalıdır. Bunun üçün medianın, vətəndaş cəmiyyəti institutlarının azad olması əsas şərtlərdən biridir”, - deyə iqtisadçı alim əlavə edib.
Nazim Bəydəmirlinin fikrincə, məmur sahibkarlığına son qoyulması büdcə oğurluğunun və ölkədən maliyyə axının qarşısını da alacaq:
"Maliyyə aministiyası uzun illərlə milyonlarla büdcə vəsaitini oğurlayan məmurlar üçün faydalı ola bilər. Hesab edirəm ki, oğurluq pulların geri qaytarılması üçün hakimiyyətdə kök atmış oliqarxiyanın zərərsizləşdirilməsi daha effektiv üsuldur".