Məmurluqdan dələduzluğa gedən yol - “çiçəklənən” cinayət
Aprel 06
08:50
2023
Dələduzluq cinayətlərini təftiş edəndə ortaya maraqlı bir fakt çıxır: bu əməli törədənlərin bir qismi məmurlardır və ya belə prosesdə hansısa məmurun iştirakı, "krışalığı” var. Tutaq ki, hansısa sadəlövh şəxs iş qurmaq, işə girmək üçün araçıya pul verəndə, "makler” təminat kimi haradasa vəzifədə olan məmuru işarə verir, yaxud onun himayəsində iş gördüyünü deyir. Bəzən bunlar addan istifadə etmə olsa da, bir çox hallarda məmurların iştirakçılığı təsdiqini tapır.
Bir çox hallarda isə məmur vəzifədən çıxandan sonra, bəzən elə vəzifədə ikən birbaşa dələduzluğu özü etdiyi aşkarlanır və həbs olunur.
Əksər hallarda bu əməllər vətəndaşların pulunu mənimsəmə, torpağını, mülkünü ələ keçirmə ilə müşayiət olunur.
Son olaraq belə bir əmələ görə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov barəsində cinayət işi başlanılıb.
Sabiq idarə rəisi bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.
İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.
Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.
İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.
İş üzrə məhkəmə araşdırması başlayıb.
Ümumiyyətlə, son illərin cinayət xronikasına diqqət edəndə dələduzluq cinayətlərinin çoxluq təşkil etdiyi bəlli olur. Get-gedə də belə cinayətlər artır. Vətəndaşlar niyə dələduzlara asanlıqla inanıb tora düşür? Dələduzluğa görə qanunuvericilikdə cəzanın yüngül olması bu kimi əməllərin artmasına səbəb ola bilərmi? Bəzi hallarda hətta dələduzluq edənlər məsuliyyətdən də yayına bilirlər. Dələduzluq faktiki olaraq bir bəlaya çevrilib.
Dələduzluq cinayətlərinin önlənməsi üçün hansı addımlar atılmalıdır?
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, son illər cinayətlərin dinamikasında artımla müşahidə edilən iqtisadi cinayətlərə aid olan dələduzluq cinayətlərinin qarşısının almasına böyük ehtiyac var: "2023-cü ilin əvvəlində baş prokuror Kamran Əliyev 2022-ci ilin yekunlarına əsasən Azərbaycanda dələduzluq cinayətlərinin sayının azaldığını açıqladı. Baş prokuror dedi ki, 2022-ci ildə 3 min 414 cinayət faktı qeydə alınıb. 2021-ci ildə isə bu rəqəm 4 min 246 olub.
Torpaq, mənzillərin alqı-satqısında mövcud dələduzluqlar hər zaman dəbdə olub. Bu sahə demək olar ki, nəzarətdən çıxmış, bir mənzilin 5-10 nəfərə satılması, dəyən ziyanın ödənilməməsi və yaxud az bir hissəsinin ödənilməsi halları da vardı. Digər cinayət növlərindən fərqli olaraq dələduzluq cinayətlərinin genetikasında fəal rol zərərçəkənlərin özünə məxsusdur. Zərərçəkənlər cinayətlərin qurbanları kimi davranışları ilə cinayətkarların hərəkətlərini fəallaşdırır, bəzən onları şirnikləndirir, qıcıqlandırırlar. Çətin sosial-iqtisadi durum amili dələduzluq cinayətlərinin intensivləşməsində katalizator rolunu oynayır. Sosial durum nə qədər ağırdırsa, bu növ cinayətkarlığın artması da labüddür. Bunun bir neçə səbəbi var. Hüquq maarifləndirilməsi kifayət qədər deyil, hüquq normaları sərtdir. Vətəndaş hüququna çatmaq üçün çox çətin prosedurlardan keçmək məcburiyyəti ilə üz-üzə qalır. Odur ki, qanundan kənarda rahat yol axtarmağa başlayır. Bu halda vətəndaşın dələduzun ağuşuna rahat şəkildə düşüb pul-parasından, mal-mülkündən olmasını da elə qanunlarımızın sərtliyi şərtləndirir. Vətəndaş hüququna çatmaq üçün əl atdığı yolun qanunsuz olduğunu tam şəkildə dərk etmiş olsa da, qanunsuz sövdələşmədən çəkinmir. Belə hallar son vaxtlar demək olar ki, kütləvi xarakter daşıyır. Daha çox MTK-larla bağlanan müqavilələrdə, torpaq sahəsi ilə bağlı əqdlərdə öz əksini tapır".
Hüquqşünas deyir ki, bir çox hallarda hüquq-mühafizə orqanları, məhkəmələr dələduzluq əməllərinə qarşı mübarizə aparsa da, bu növ cinayətkarlığın geniş yayıldığı sahələr üzrə qabaqlayıcı addımlar atmaq haqda düşünmək belə istəmirlər: "Mənzil tikinti kooperativləri (MTK) dələduzluq yuvasına çevrilib. İllərdir ki, Azərbaycan vətəndaşlarını MTK-lar kütləvi şəkildə aldadır. İnsanlar qəpik-qəpik topladıqları pulu aparıb MTK-ya verir və dələduzluğun qurbanı olur. İsti, rahat ev almaq arzusu vətəndaşın dövlət qurumlarının qapısına gedib-gəldiyi müddətdə ayaqqabıları altında itib aradan çıxır. Belə kütləvi aldadılmaların qarşısını almağın çox sadə yolu var. Hazırda MTK-ların fəaliyyətinə heç bir inzibat-ictimai təsiri mövcud deyil. MTK-lara nəzarət etməklə minlərlə vətəndaşı dələduzların ağuşuna düşməkdən qorumaq olar. Maraqlı məqamlardan biri də Mülki Məcəllənin normalarının hələ də tətbiq edilməməsi ilə bağlıdır. Bu qədər vətəndaşın hüququnu pozan hallara bir növ seyrçi mövqeyindən baxmaqdansa, müvafiq qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmağa məcbur edilməlidir. Qanunda daşınmaz əmlakın əvvəlcədən qeydiyyatı deyilən anlayış var və bu anlayış tətbiq edilmir. Məgər vətəndaşın almaq istədiyi mənzili əvvəlcədən daşınmaz əmlak kimi qeydə almaq olmaz? Əgər həmin normaların tətbiqi vaxtında baş vermiş olsaydı, bu qədər vətəndaş dələduzluğun qurbanı olaraq bu dərəcədə çarəsiz duruma düşməzdi!”
Hüquqşünas deyir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlarla bağlı da qanundakı boşluqlar son nəticədə bu sahədə dələduzluqlara yol açır. Cəza məsələsinə gəlincə isə dələduzlara verilən cəza onların islah olunmasına az təsir edir: "Cəza əmələ verilən adekvat cavabdır, bununla da bir növ cəmiyyətə mesaj verilir ki, cinayət törədən şəxs cəzalandı. Dələduzluqla əlaqəli cinayətlərdə isə bir növ əməlin aqibətinin ifşasına hesablanmış inzibati davranışdır. Eyni zamanda dələduzluqla bağlı tövsifedici əlamətlərin özü də mütərəqqi deyil. Yəni bir növ bu norma ilə verilən cəza əksər hallarda məqsədinə çatmır. Bunu dələduzluq cinayətlərinə qol qoyan vəzifəli şəxslər də, onlarla əlbir işləyənlər də bilir. Vəzifədə olan məmur düşünür ki, 1 illik əmək haqqı 10-12 min manat civarındadır. Torpaqla bağlı bir dələduzluqla isə azı 1 illik gəlirini əldə edəcək. Ona görə də rahat şəkildə cinayət etməkdə davam edirlər. Üstəlik, məhkəmələrin dələduzluq etmiş şəxslərə qarşı təmin etdikləri mülki iddiaların icrası da təmin olunmur. 100 işdən birində mülki iddia üzrə dələduzluq etmiş şəxsdən vurduğu zərər alınır. Əksər belə qərarlar icra edilmir. Dələduz görsə ki, dələduzluqla ələ keçirdiyi pul, torpaq, mənzil onu həbsə aparır, üstəlik, məhkəmə icraçılarının sifətində dövlət ələ keçirdiyini də əlindən alıb zərərçəkənə qaytarır, bu halda dələduzluq etməzdən əvvəl bu haqda ciddi şəkildə düşünər”.
Mənbə: "Yeni Müsavat”