SON XƏBƏR

“Mən nəvələrimin döyüşməsini istəmirəm” - ABŞ senatoru Ukraynaya təcili yardım göstərməyə çağırıb

Yanvar 25
14:18 2024
Demokrat senator Jan Şaqin konqresmenləri Ukraynaya 61 milyard dollar məbləğində əlavə maliyyə ayrılmasına səs verməyə çağırıb.

"AzPolitika.info” xəbər verir ki, "Amerikanın Səsi”nin məlumatına görə, Şaqin bunu Nyu-Hempşirdə ukraynalı qaçqınlarla görüşdən sonra deyib.

Senator deyib ki, Vladimir Putin təkcə Ukraynaya qarşı müharibə aparmır, həm də dünyada demokratiyanın təməlini hədəfə alır.

"Mənim dörd nəvəm var və istəmirəm ki, onlar iki, üç və ya beş ildən sonra Avropa və ya Asiyada döyüşməyə məcbur olsunlar. Çünki biz Ukraynanı dəstəkləmək üçün lazım olan tədbirləri görməmişik”,-deyə o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook