"Mən türkəm, mən mühacirəm" - Neymar
Mart 04
21:35
2016
"Barselona"nın ulduz futbolçusu Neymar asiyalı mühacirlərə dəstək məqsədilə bir kampaniyada iştirak edib.
Qaynar.info xəbər verir ki, o, "Mən braziliyalıyam, mən türkəm, mən ispaniyalıyam. Mən dünyadanam. Mən mühacirəm. Hər ailənin bir köç keçmişi var. Bəs sizin?" sözləri yazılmış kampaniya ilə çıxış edib.
Daha sonra Neymar bu kampaniyaya dəstək vermək istəyən hamını şəklini çəkdirib paylaşmağa çağırıb.