SON XƏBƏR

“Mənim sizə böyük hörmətim var, amma...”- Niyazi Mehdi

İyul 29
10:19 2016
"Mənim sizə böyük hörmətim var” cümləsinin içinə cəyahət edəndə (1993-cü il)
 
Azərbaycanın dil məkanında (loqosferində) bu cümlə elə-belə gəzirdi və birdən nə oldusa, Allah-təala bu ölkəyə də fikir dartışmaları, söz güləşdirmələri baş verən Parlament verdi və orada ilk dəfə "Mənim Sizə böyük hörmətim var, amma...” konstruksiyası ilə başlayan mürəkkəb cümlə işlənməyə başladı.
Girək bu cümlənin psixoloji və dil dərinliklərində gizlənmiş mənalara. Bir sözlə, bu deyimin arxeologiyası ilə məşğul olaq.
 
Birincisi, Parlamentdə necə oldu ki, "Mənim sizə böyük hörmətim var, amma...” peyda oldu?
 
Demokratik blokla partokratiya çoxluğu arasında deyişmələr başlayanda o yandan da, bu yandan da tək-tük adamlar belə deyib bir-birinə müraciət etdilər. Örnəyin, məşhur bir debatda Rəhim Qazıyev bunu söyləyib əsas fikrinə keçdi, - Yaqub Məmmədovla bağlı. Yaqub Məmmədov özü Demblokun bəzi üzvlərinə bunu deyəndən sonra əsas sözlərini deyirdi.
 
Adətən bu "amma”dan sonra deputat öncə hörməti olduğu adam haqqında qınağını, əsəbi laflarını söyləyirdi, söylədikcə də başı qızışıb Azarbaycanın yağlı söyuşlərinin bildirdiyi nifrəti mədəni yolla deyən sözlərə keçirdi. Sonra bu cümlə onu deyənə lopa bığlı, palçıq şalvarlı azərbaycanlı türkünə yəhudi ruscası necə yapışırsa, elə yapışan prinsipiallığı verirdi. Prinsipiallıqsa, azərbaycanlıda belədir: mənim sizə böyük hörmətim var (guya ki), ancaq deməliyəm ki, siz rüşvətxorsunuz, millət xainisiniz, satqınsınız, əclafsınız, lap elə bunu da deyim oğ...şsınız.
 
"Mənim sizə böyük hörmətim var...” cümləsinin apxeologiyacı bir şeyi də anladır. Tanıdığım ağıllı azərbaycanlı professorun söylədiyinə görə, bizim millətin utancaqlığı tənqidi bizdə gəlişməyə qoymayıb.
 
"Mənim sizə böyük höpmətim var...” müqəddiməsi ilə başlayan azərbaycanlı deputat sanki belə başlamaqla Milli Mentalitetin qabağında tələm-tələsik, atüstü şlyapa çıxarırdı, Yəni biz abır-həyalı millətik, onun üçün də hər sözü deməyə üzümüz gəlmir, ancaq nə etməli, həqiqət məni boğur... Deməli, deputat "Mənim sizə böyük hörmətim var...” deməklə Milli Mentalitetə onu pozduğu üçün bir pay üzr göndərirdi.
 
P.S Yazı müəllifin facebook səhifəsindən əldə olunub.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook