SON XƏBƏR

"Mərhəmətli insanlar, yeganə balamı ölməyə qoymayın" - 2 yaşlı Mirsəccadın YARDIMA ehtiyacı var - FOTO/VİDEO

Avqust 16
13:34 2022
Gördüyünüz bu uşağın adı Mirsəccaddır. Cəmi 2 yaşı olan bu balanın beynində beynində şiş (törəmə) və maye aşkarlanıb.
 
Məlumatı ailəsi yenicə öyrənib. Həkimlər deyib ki, bu, ağır xəstəlikdir və körpənin çox az vaxtı var. Ona görə də Mirsəccad tezliklə beynindən iki əməliyyat olmalıdır. Əməliyyat üçün  40 min manat lazımdır. Amma ailənin bu vəsaiti ödəmək imkanı yoxdur. Bu səbəbdən üzgün valideynlər xeyirxah insanlardan dəstək istəyirlər.
 
Mirsəccadın anası böyük ümidlə nicat gözləyir:   "Balamın belə ağır xəstəliyə tutula biləcəyi ağlıma belə gəlməzdi. Amma indi onunla birgə çox ağır sınaqdan keçirik. Mərhəmətli insanlar, nə olar, yardım edin, yeganə balamı ölməyə qoymayın. Onun gözümün önündə əriyib getməsinə icazə verməyin. Ağrıdan qovrulan balamla birgə mən də hər gün zərrə-zərrə ölürəm. Ona kömək edə bilməmək, dərdinə çarə ola bilməmək məni məhv edir. Sizdən acizanə xahiş edirəm, bu çarəsiz ananın övladına yardım edin. Şəfqətli mərhəmətinizi bizdən əsirgəməyin. Yaxşılığınızı nə mən, nə də göydəki Allah heç zaman unutmaz”.
 
Qeyd: Seyidov Mirsəccada dəstək olmaq istəyənlər fotodakı bank hesabına ödəniş edə bilərlər.
 
Əlaqə nömrəsi: 0507588585
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook